Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapılıb

...çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 08 Mart 2021, 14:55

Yanvarın 31-də Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində başlanan axtarış işləri yekunlaşıb.

 

FHN-dən İnterAz-a verilən məlumata görə, axtarışda olan Yusifov Səfxan Aydın oğlunun meyiti bu gün günorta saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

sss