Yaqut Qarayeva: 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük
...“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”
Bakı, Nərgiz Qəhramanova, İnteraz - 01 Aprel 2021, 17:16
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”.
İnterAz-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, bu, elmi rəqəmlərdir: “Biz əvvəlcə əhalimizin 10 faizini vaksinasiya ilə əhatə edən müqaviləni GAVİ təşkilatı ilə bağlamışdıq. Sonra əhalimizin daha 10 faizini əhatə edə biləcək 4 milyon doza vaksini Türkiyə vasitəsilə Çindən almaqla bağlı müqavilə imzaladıq. Hazırda bu proses gedir. Bu gün yeni 5 milyon dozalıq müqaviləyə əsasən, Azərbaycana Çindən 500 min doza “Coronovac” peyvəndi gətirildi. Bununla da Çindən alacağımız vaksinlərin sayı 9 milyon doza olacaq. Bundan başqa GAVI-dən gələnlər də olacaq. "Sputnik V" vaksinin isə nə vaxt gələcəyi hələ bilinmir. 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük”.