Sosialist əməyi qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb

Faktla bağlı araşdırma aparılır...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 12:42

Sabirabad rayon sakini Fatma Hüseynova Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan İnterAz-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinın Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb. Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

sss