Qarabağda radio kanalının açılması üçün elan olunmuş müsabiqənin qalibi məlum olub

Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Aprel 2021, 13:26

Aprelin 7-də Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

 

MTRŞ-dan İnterAz-a bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub, Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək elan olunmuş müsabiqənin nəticələri açıqlanıb.  

 

Müsabiqə çərçivəsində 7 iddiaçı Şuraya sənədlərini təqdim edib:

 

"Real Təhlil İnformasiya Mərkəzi" MMC;

 

"Caspian İnternational Broadcasting Company" MMC;

 

"Balans Studiyası" MMC;

 

"İNS ÇM" MMC;

 

"İsti Press" MMC;

 

"Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası;

 

"ARB 24" MMC.

 

Geniş müzakirələrdən sonra digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin ("CBC FM" radio kanalı) müsabiqənin qalibi elan olunması barədə qərar qəbul olunub.

sss