Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

...Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Aprel 2021, 16:52

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.

sss