Xəbərdarlıq: Yağış yağacaq, dolu düşəcək

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 30 Aprel 2021, 15:43

Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

 

Xidmətdən İnterAz-a bildirilib ki, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-i arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. 

 

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi  əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20  m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

sss