Özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs tutulub

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edərək şantajla məşğul olan şəxs saxlanılıb...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 01 May 2021, 15:28

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edərək şantajla məşğul olan şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İnterAz-a verilən xəbərə görə, sözügedən şəxs özünü polis əməkdaşı kimi təqdim edərək qadınları şantaj etməklə məşğul olub.

 

"Həmin şəxsin əməllərindən zərər çəkənlərdən hüquq mühafizə orqanlarına məlumat verilmələri xahiş olunur"-, deyə DİN-dən bildirilib.

 

 

sss