İndiyədək azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

...Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 03 May 2021, 17:13

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan İnterAz-a verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 364, tank əleyhinə 148 mina və 1098 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 2 847 807 m² (285 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Məlumata görə, ötən ilin noyabrın 10-dan bu il aprelin 30-dək piyada əleyhinə 7 086, tank əleyhinə 3 574 mina və 7 943 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ümumilikdə 20 280 727 m² (2 028 hektar) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

sss