Bakı metrosunda 9 qanov təmir olunub

Bakı metrosunda qatarlarının əsas dayanacaq yeri olan daha üç qanovda təmir işləri yekunlaşıb

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 04 May 2021, 15:36

Bakı metrosunda qatarlarının əsas dayanacaq yeri olan daha üç qanovda təmir işləri yekunlaşıb.

 

"Bakı Metropoliteni" QSC-dən İnterAz-a verilən məlumata görə, ümumilikdə, bu günədək təmir olunan qanovların sayı 9-a çatdırılıb. Yenidən qurulan qanovların elektrik və işıqlanma, həmçinin drenaj sistemləri tamamilə yenilənib.

 

Qanovlardan depo yollarına çıxan sahə də əsaslı şəkildə yenilənir. Burada yol yatağı, çınqıllı bünövrə üzərində qurulur, dəmir-beton şpallar düzülür. Depo və park yollarında dəmir-beton şpalların tətbiqi də genişləndirilib və bu günə qədər 6 minə qədər ağac-şpal dəmir-beton analoqu ilə əvəzlənib. Tədbirlər çərçivəsində yolun üst quruluşu avadanlıqları və təmas relsi də yenilənir.

sss