QMİ sədri: Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur

Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 May 2021, 13:31

“Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü- Bayram axşamı şam namazından sonradır”.

 

İnterAz xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə xalqa Ramazan bayramı təbrikində deyib.

 

“Qazılar Şurasının Fətvasına görə, adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir”, - deyə Şeyx bildirib.

sss