Azərbaycanda son sutkada 1306 nəfər koronavirusdan sağalıb, 514 nəfər yoluxub

...15 nəfər vəfat edib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 May 2021, 16:35

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 514 yeni yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

sss