Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib

...11 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində iftar məclisi təşkil edilmişdir

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 May 2021, 15:19

11 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində iftar məclisi təşkil edilmişdir. Tədbir müqəddəs Qurani-Kərim ayələrinin və iftar duasının oxuması ilə açılıb.

 

Səfirlikdən İnterAz-a verilən məlumata görə, səfirliyə təşrif buyurmuş dəyərli qonaqları, Gürcüstan rəsmi dövlət qurumları rəhbərliyinin nümayəndələrini və din xadimlərini səmimi qəlbdən salamlayan Azərbaycan Respublikasının Gürcüstandakı Səfiri Faiq Quliyev 11 ayın sultanı olan Ramazanın ehtiva etdiyi nəcib mənalarını qeyd edərək, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu yada salıb Səfirlikdə təşkil edilən iftar məclisində də Azərbaycan, Gürcüstan və Türkiyəni, həm müsəlman, həm də xristian dinini təmsil edən simaların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsi kimi diqqətə çatdırılıb.

 

Azərbaycan Respublikasının qonşu Gürcüstanla münasibətlərin inkişafına həmişə prioritet önəm verdiyinə nəzər salan Səfir F.Quliyev ötən günlərdə bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunması və ətraflı danışıqların keçirilməsi, eləcə də səfər çərçivəsində digər görüşlərin baş tutması ənənəvi ikitərəfli strateji tərəfdaşlığın daha da irəli aparılmasına yeni təkan verəcəyinə dair əminlik ifadə edilib.

 

sss