ABŞ səfirliyinin mətbuat katibi Rusiyada persona non-qrata elan edildiyini təsdiqləyib

...ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Rebekka Ross Rusiyada “arzuedilməz şəxs” (persona non-qrata) elan edilmiş 10 amerikalı diplomatın siyahısına düşdüyünü təsdiq edib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 May 2021, 16:01

ABŞ-ın Moskvadakı səfirliyinin mətbuat katibi Rebekka Ross Rusiyada “arzuedilməz şəxs” (persona non-qrata) elan edilmiş 10 amerikalı diplomatın siyahısına düşdüyünü təsdiq edib.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, Rusiya bu siyahını ABŞ-ın analoji addımına cavab olaraq hazırlayıb. Qeyd edək ki, 15 aprel tarixində ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı növbəti sanksiyaların tətbiq edilməsi barədə fərman imzalamışdı.

 

Aralarında kəşfiyyatçıların da olduğu iddia edilən və Vaşinqton səfirliyində çalışan 10 Rusiya diplomatı ölkədən xaric edilmişdi. Rusiya buna cavab olaraq 10 amerikalı diplomata ölkəni tərk etmələri 21 may tarixinədək vaxt vermişdi.

sss