İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənlərin sayı 53-ə çatıb, onların 14-ü uşaqdır

...İsrailin son iki sutkada Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 53-ə yüksəlib

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 12 May 2021, 16:23

 İsrailin son iki sutkada Qəzzaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 53-ə yüksəlib.

 

İnterAz Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəzzada Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Qəzzada aviazərbələr nəticəsində ölənlərin sayı 53-ə çatıb. Onlardan 14-ü uşaqdır.

 

220 nəfərin yaralandığı deyilir.

 

Bu arada Fələstinli hərəkatlar Qəzzanın şimalında İsrailin bir hərbi maşınını zirehli texnika əleyhinə Kornet raketlərilə vurduğunu bildiriblər. İsrail mətbuatı burada üç hərbçinin öldüyünü yazır.

 

Eyni zamanda İsrailin müdafiə naziri aətşkəslə bağlı sualı cavablandırıb və atəşkəsin olacağını istisna edib.

 

Fələstinli hərəkatlar da öz növbəsində yenidən xəbərdarlıq ediblər və hava zərbələrinin davam edəcəyi təqdirdə raket hücumlarının yeni dalğasının baş tutacağını bildiriblər.

 

Məlumata görə Misirin xarici işlər naziri qarşıdurmanın dayandırılması üçün israilli həmkarı ilə telefon təmasında olub.

sss