Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlanıb

...326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 May 2021, 16:36

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan İnterAz-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 328 994 nəfər koronavirusa yoluxub. Onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.

sss