Xəbərdarlıq: Güclü külək əsəcək, yağış yağacaq

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edilib...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 05 Iyun 2021, 12:50

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

 

Bu barədə İnterAz-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

İyunun 5-i axşamdan 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

 

Azərbaycanın rayonlarında

 

İyunun 5-i axşamdan 7-si səhərədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

 

sss