Nazirlik Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib

...həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır

Bakı , Gülnarә Quliyeva, İnteraz - 10 Iyun 2021, 12:19

Səhiyyə Nazirliyi Küveytə səfər edən Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

 

Nazirliyin Analitik Ekspertiza Mərkəzindən İnterAz-a bildirilib ki, həmin ölkəyə səfər edənlər ehtiyatlı olmalıdır.

 

"Küveyt hökumətinin mayın 2-də tətbiq etdiyi qaydalara əsasən, həkim resepti olmadan “Lyrica” və “Neurontin” dərman vasitələrindən istifadə edənlər 5 ilə qədər azadlıqdan məhrum olunacaq. Həmin dərman vasitələrin qeyri-qanuni satışı ilə məşğul olanların isə 10 il müddətində həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib", - nazirlikdən qeyd olunub.

sss