SN: Seroloji analizlə COVID pasportu almaq mümkün deyil

...““COVID-19” pasportu dünyada ən aktual məsələ və problemdir”

Bakı, Nərgiz Qəhramanova, İnteraz - 10 Iyun 2021, 15:27

““COVID-19” pasportu dünyada ən aktual məsələ və problemdir”.

 

İnterAz-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 sertifikatı" mövzusunda çıxışında deyib.

 

O bildirib ki, İgG analizi verərək COVID pasportu əldə etmək mümkün deyil: “Bu, seroloji analizdir, bununla heç bir pasport almaq mümkün deyil”.

 

N.Daşdəmirovanın sözlərinə görə, immun sertifikatı olan şəxsin sertifikatının müddəti 6 ay tamamlananda bitir, bu zaman o, vaksinasiya olunub “Vaksin sertifikatı” ala bilər.

sss