Səhiyyə Nazirliyi: Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar

...o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır

Bakı , Gülnarә Quliyeva, İnteraz - 10 Iyun 2021, 15:39

“Vaksin iki dozada vurulur. Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar”.

 

İnterAz-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova "COVID-19 Sertifikatı" mövzusunda çıxışında deyib.

 

O bildirib ki, müəyyən səbəblər olubsa və həmin şəxs 28 gün sonra peyvənd vurdura bilməyibsə, o zaman peyvəndi vurdurmaq mümkündür: “Əgər ikinci dozanı vurdurmaq 56 günü keçibsə, o zaman həmin şəxs 6 aydan sonra yenidən 1 və 2-ci doza vaksin almalıdır”.

sss