Şəmkirdə məmur saxlanılıb

Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb...

Bakı , Gülnarә Quliyeva, İnteraz - 11 Iyun 2021, 13:25

Prokurorluq Şəmkirdə saxlanılan vəzifəli şəxslə bağlı məlumat yayıb.

 

Baş Prokurorluqdan İnterAz-a bildirilib ki, martın 4-də rayonun Kür Qəsəbə Mənzil İstismar Sahəsində (MİS) kargüzar işləyən Aliyə Kazımovanın həmin MİS-in rəisi Vazeh Vəliyev tərəfindən döyülməsi barədə və V. Vəliyevin iş yerində daim münaqişə yaratması ilə bağlı müraciətləri əsasında rayon prokurorluğundan araşdırma aparılıb.

 

Araşdırmalarla V. Vəliyevin vəzifə səlahiyyətlərini aşaraq tabeçiliyində işləyən kargüzar A. Kazımovaya zor tətbiq etməklə sonuncuya xəsarət yetirməsi faktına görə, barəsində Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə cinayət işi başlanıb.

 

V. Vəliyev şübhəli şəxs qismində tutulub.

sss