İnterAz-ın misli görülməmiş "Yeni Sabah" film müsabiqəsi davam edir

İnterAz telekanalında aprel ayının 7-də elan olunan istedadlı insanlar üçün “Yeni Sabah” adlı audio vizual müsabiqə davam edir

Bakı, Xəyal Şükür, İnteraz - 23 Aprel 2015, 16:57

Müsabiqədə qəbul olunan işlər:

 

 1. Bədii filmlər - müxtəlif janrlarda çəkilmiş qısa və ya tam metrajlı ekran əsərləri;

 

2. Sənədli filmlər – ixtiyari formatda və üslubda;

 

3 Tanıtım video-çarxlar və s.

 

4. Tələbə işləri. ADMIU-nin tələbə kurs və diplom işləri.

 

5. Veriliş, flaşmob və digər TV proqramları.

 

 Peşə hazırlığından, yaş məhdudiyyəti qoyulmadan, əsərlərin format və xronometrajından asılı olmayaraq müsabiqədə hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər.

 

Təqdim edilmiş işlər İnterAz facebook səhifəsində izləyicilərin səs çoxluğu ilə həmçinin peşəkar münsiflər heyəti tərəfindən seçilib, qiymətləndiriləcək və müxtəlif nominasiyalar üzrə ən üstün ekran əsərləri sertifikat və mükafatla təltif olunacaq.

 

Bundan başqa 5 ən istedadlı müəllifə İnterAz televiziyasında davamlı layihə həyata keçirmək üçün efir vaxtı ayrılacaq. Siz də özünüzü bu sırada görmək istəyirsinizsə, hazır video işlərinizi bizə təqdim etməyə tələsin…!

 

Ünvan: AZ 1009, Azərbaycan, Bakı şəh. Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29 (Nizami metrosunun yaxınlığı)

 

Email adres: [email protected] / [email protected]

 

Əlavə məlumat üçün: Natiq Axund: (055) 769-20-06

 

“Yeni Sabah film Müsabiqəsi”ndə iştirak edəcək filmlər, “01.05.2015”-ci il tarixindən başlayaraq İnterAz Tv-nin efirində izləyə bilərsiniz.

 

Filmlərin nümayişi zamanı müsabiqə davam edir, yeni işlər qəbul olunur.