Nardaranda Aşura günü qeyd olunub - Fotolent

Çıxış edənlər Aşura vaqiəsi və Əhlibeyt fəzilətlərindən danışıblar

Foto: A.Kərimov

Bakı, Tural Səftərov, İnteraz - 14 Noyabr 2013, 16:55

Nardaranda Aşura günü qeyd olunub.

 

İnterAz-ın xəbərinə görə, dünən gecə saatlarından etibarən xanım Rəhimə (ə) ziyarətgahının ətrafında çoxlu sayda insan İmam Hüseynə (ə) əzadarlıq edib.

 

Kəndin girişində polis postları qurulub. Ötən illərə nisbətdə daha çox əzadarların gəldiyi Nardaranda, Aşura izdihamla qeyd edilib. Çıxış edənlər Aşura vaqiəsi və Əhlibeyt fəzilətlərindən danışıblar. Mərsiyələr və nohələr oxunub, sinə vurulub.