Bakının Nardaran kəndində Aşura mərasimi izdihamla qeyd olunub

Nardaran kəndində keçirilən Aşura mərasimində paytaxtın digər kəndlərindən gələn əzadarlar da iştirak ediblər

Bakı, Vüsal Nəbiyev, İnteraz - 14 Noyabr 2013, 19:04

Hər il olduğu kimi bu il də Bakının Nardaran kəndində Aşura günü izdihamla qeyd olunub. İmam Museyi-Kazımın qızı Rəhimə xanım (ə) ziyarətgahına yığışan dindarlar İmam Hüseyni (ə) və tərəfdarlarını yad ediblər.

Aşura mərasimində Nardaran kəndinin ruhaniləri bu gün haqqında məlumat verərək İmam Hüseyn (ə) məktəbini davam etdirməyin hər bir müsəlman üçün vacib olduğunu vurğulayıblar. Mərasimdə Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını vermiş qəhrəmanlarımız da xatırlanıb, onların ruhlarına dualar oxunub. Rəhimə xanım ziyarətgahının Hüseyniyyəsində yüzlərlə əzadar mərsiyələr oxuyaraq sinə vurublar.

Nardaran kəndində keçirilən Aşura mərasimində paytaxtın digər kəndlərindən gələn əzadarlar da iştirak ediblər.