“Facebook” – dan istifadə etmək cinayət deyil – İranın Mədəniyyət naziri

İranın Mədəniyyət və İrşad naziri Əli Cənnəti özü də sosial şəbəkədn istifadə etdiyini deyib

Bakı, Tural Səftərov, İnteraz - 15 Noyabr 2013, 12:12

“Facebook” – dan istifadə etməyi cinayət xarakterli əməl bilmirəm.

 

İnterAz-ın “FarsNews”a istinadla verdiyi xəbərə görə, bunu İranın Mədəniyyət və İrşad naziri Əli Cənnəti jurnalistlərə deyib. 

 

Ə.Cənnəti özünündə “Facebook” sosial şəbəkəsindən istifadə etdiyini və sosial şəbəkənin cinayət xarakterli bir əməl olmasının araşdırılmasının zəruri olduğunu bəyan edib.

 

Qeyd edək ki, İranda internet cinayətləri ilə bağlı araşdırıcı komitə tezliklə “Facebook” və “Twitter” kimi sosial şəbəkələrlə bağlı hökümətə hesabat verəcək.