Müqəddəs Kəbə evinin açarı dəyişdirilib

Kəbə evinin dəyişdirilmiş açarı xalis qızıldan hazırlanıb

Bakı, Tural Səftərov, İnteraz - 19 Noyabr 2013, 10:41

Müqəddəs Kəbə evinin açarı dəyişdirilib.

 

İnterAz-ın "əl-Ərəbiyyə" telekanalına istinadla verdiyi xəbərə görə, dünən Məkkə şəhərində Kəbə evinin yuyulması və açarının dəyişdirilməsi mərasimi keçirilib. Mərasimdə iştirak edən Məkkənin valisi Xalid Feysəl Kəbənin açarını onun xidmətçisi Əbdül-Qadir Şeybiyə verib. Bu mərasimdə islam ölkələrindən gələn bir sıra qonaqlar və yerli nazirlər də iştirak ediblər.

 

Kəbə evinin dəyişdirilmiş açarı xalis qızıldan hazırlanıb və onun üzərində Quranı-Kərimin Maidə surəsinin 97 və Ali-İmran surəsinin 96-cı ayələri eləcə də, bir sıra zikrlər və dualar yazılıb.

 

Qey edək ki, Kəbə evinin zəmzəm suyu və İrandan gətirilmiş xüsusi gülabla yuyulması mərasimi ildə iki dəfə keçirilir və mərasimdə Səudiyyə Ərəbistanının kralı şəxsən iştirak edir.