Dini ədəbiyyat bundan sonra markalanacaq - Elşad İskəndərov

Satışa icazə verilməyən ədəbiyyatın ümumi əmsalı 5-6 faizdir

Bakı, Orxan Kərimov, İnteraz - 19 Noyabr 2013, 12:25

Dini ədəbiyyatın bundan sonra markalanması nəzərdə tutulur. Şübhəsiz ki, bu sahədə olan boşluqların doldurulmasına yönəlmiş bir addımdır.

 

İnterAz-ın verdiyi xəbərə görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) sədri Elşad İskəndərov Yurd televiziyasına verdiyi müsahibədə bildirib.

 

Komitə sədrinin sözlərinə görə, bu qəti şəkildə dini ədəbiyyatın qarşının alınması və ya onun yayılmasının məhdudlaşdırılması demək deyil. Sadəcə olaraq Azərbaycan qanunlarına görə, dini ədəbiyyat nəşr olunmamazdan əvvəl və ya ölkəyə idxal olunmazdan əvvəl dövlət komitəsindən ekspertizadan keçirilir və bu ekspertizanın nəticəsində müvafiq marka ilə təmin olunur. Ondan sonra isə ixtisaslaşmış satış yerlərində həmin ədəbiyyatın satışı təşkil olunur.

 

E. İskəndərov həmçinin vurğulayıb ki, satışa icazə verilməyən ədəbiyyatın ümumi əmsalı 5-6 faizdir.