Bölgə məktəbləri qışa hazırdırmı?

Noyabr ayının 15–dən etibarən məktəblilər qış rejiminə keçib

Qazax, Kamran Əskiparalı, Vüsal Nəbiyev, İnteraz - 19 Noyabr 2013, 13:20

Noyabr ayının 15-dən etibarən ölkəmizin hər bir yerində olduğu kimi Qazax rayonun orta ümüumtəhsil məktəblərində də qış rejiminə keçiilib. 2013-2014-cü tədris ilində istifadəyə verilən Qazax rayonun Ürkməzli kənd tam orta məktəbində də kombi istilik sistemi quraşdırılsa da, buna baxmayaraq bugünədək hələ də istilik sistemi istifadəyə verilməyib. Məktəbin şagirdləri isə uzun illər idi ki, istilik sisteminin olmadığından əziyyət çəkdiklərini deyirlər.

Məktəbin direktoru İlqar Miralayev qış mövsümü ilə əlaqədar yaxın günlərdə kombi istilik sisteminin qoşularaq istifadəyə veriləcəyini iddia edir.

Bundan əlavə 2007-ci ildə məktəblilərin istifadəsinə verilmiş rayonun Dəmirçilər kənd tam orta məktəbi isə artıq qəzalı vəziyyətədir.

Biz qışa hazırlıq ərəfəsində iki məktəbə baş çəkdik. Hər iki məktəbin hansı vəziyyətdə olduğunu da sizlərin diqqətinə çatdırdıq. İnanırıq ki, məktəblilərin səsinə səs verən tapılacaq.