"Dünya yol-nəqliyyat hadisələri qurbanların xatirə günü" ilə bağlı tədbir keçirilib

Bu gün hər il noyabrın 3-cü bazar günü qeyd olunur

Bakı, İlkin Nadirov, Vüsal Nəbiyev, İnteraz - 19 Noyabr 2013, 16:13

Ölkədə yaxın 10 ildə avtomobillərin sayı 3 milyona çatacaq. Bu isə o deməkdir ki, qəzalar da artacaq. Hər halda, statistika onu göstərir ki, yol nəqliyyat hadisələrinin sayı aşağı düşmək əvəzinə sürətlə artır. Respublika üzrə baş verən yol nəqliyyat hadisələrinin 35 faizi Bakının payına düşür. Quraşdırılan radarlar, yol polisi polisi əməkdaşlarının müxtəlif reydləri belə qəzaların qarşısını ala bilmir.

Təbii ki, yollarda sürücülərdən də çox şey aslıdır. Onlar isə, canları bahasına belə sürət həddini aşmaqdan qorxmurlar.

Məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb. Parlamentin deputatları çoxlu sayda təkliflərlə çıxış ediblər. Yol qəza qurbanlarının sayının artması onları da çox narahat edir. Dəfələrlə təstiq olunub ki, maarifləndirmə işlərini çoxaltmaq lazımdır.

Qeyd edək ki,
hər il noyabrın 3-cü bazar günü "Dünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə günü" kimi qeyd olunur. Bu münasibətlə Bakı şəhər Baş Polis İdarəsi, “Digesta” hüquq firması və Jurnalistika və İnkişaf Mərkəzi İB-nin birgə təşəbbüsü ilə "Dünya yol-nəqliyyat hadisələri qurbanların xatirə günü" ilə bağlı tədbir keçirilib.