Cəbhə kəndləri mavi yanacaqla təmin olunur

Füzulinin cəbhə kəndinə təbii qaz verildi

Füzuli, Şamxal Cəliloğlu, Vüsal Nəbiyev, İnteraz - 19 Noyabr 2013, 16:59

Cəbhə kəndlərinin qazlaşdırlması davam edir. Füzulinin Mahmudlu 2 kəndinə ilk dəfə olaraq qaz çəkilib. Kənddə 297 abunəçi mavi yanacaqdan istifadə edəcək.

Məlumat üçün deyək ki, keçmiş Sovet hakimiyyətindən bu kənddə qaz olmayıb. Neçə illərdir istilik baxımından əziyyət çəkən kəndlilərə soyuq havada mavi yanacağın verilməsi onları sevindirib.

Bildirilib ki, yaxın vaxtlarda Zovcuq 3, 4 və 5 qəsəbələrinə də qaz verilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə işlər aparılır.