Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Bakı, Orxan Kərimov, İnteraz - 20 Noyabr 2013, 09:24

Bu gün paytaxt Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov InterAz-a bildirib ki, bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılmasına səbəb Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ilə bağlıdır.

 

Belə ki,  noyabrın 20-21-də paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

 

Sürücülər göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.