Azərbaycanda tanınmış diktorda xərçəng xəstəliyi aşkar olunub

Xəbəri onun həyat yoldaşı Səbinə Hüseynli də təsdiqləyib

Bakı, Tural Səftərov, İnteraz - 20 Noyabr 2013, 09:34

Azərbaycanın xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru, kino redaktoru Rafiq Hüseynovda sağalmaz xəstəlik aşkarlanıb. 

 

Modern.az-ın məlumatına görə, Rafiq Hüseynovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi haqda yayılan xəbərləri onun həyat yoldaşı Səbinə Hüseynli də təsdiqləyib. 

 

Rafiq Hüseynov 4 avqust 1946-cı ildə Şuşada anadan olub. 67 yaşlı sənətkar Şuşada doğulsa da, Bakıda - İçərişəhərdə böyüyüb. 17 yaşında televiziya sahəsində çalışmağa başlayıb.

 

Rafiq Hüseynovun Leyli adlı bir qızı var. Müsahibələrində “Mən bundan sonrakı həyatımı qızım üçün yaşıyıram” deyən Rafiq müəllim qızı ilə nəfəs aldığını, ona həddindən çox bağlı olduğunu bildiribr.