Deyerler.org saytı yeni layihəyə imza atır

Sayt təklif və təşəbbüslərə açıqdır

Bakı, Orxan Kərimov, İnteraz - 03 Dekabr 2013, 11:50

Azərbaycan mediasında özünəməxsus yeri olan deyerler.org saytı yeni layihəyə imza atmağa hazırlaşır.

 

İnterAz-ın məlumatına görə, bu barədə saytın təsisçisi və baş redaktoru Hacı İlqar İbrahimoğlu öz facebook səhifəsində məlumat verib.

 

İlqar İbrahimoğlu qeyd edib ki, deyerler.org saytı "Oxucular Klubu" adlı bölümün təsis edilməsi ərəfəsindədir. Sayt təklif və təşəbbüslərə açıqdır.