Bakıda "London taksiləri"nin xidmət tarifləri qaldırıla bilər

Bunu "Bakı Taksi" MMC-nin direktoru İlqar Qasımov bildirib

Bakı, Tural Səftərov, İnteraz - 03 Dekabr 2013, 13:17

Bakıda "London taksiləri"nin xidmət tarifləri qaldırıla bilər.

 

Bunu SalamNews-a "Bakı Taksi" MMC-nin direktoru İlqar Qasımov bildirib.

 

O deyib: "Azərbaycanda benzin və dizel yanacağının qiymətinin bahalaşmasını yeni eşitmişəm. "London taksiləri" dizel yanacağı ilə işləyir. Əgər dizelin qiyməti artıbsa, qiymət məsləsinə "Bakı Taksi" MMC-də müvaffiq qrumların iştirakı ilə baxılacaq. Buna baxmayaraq, biz müştərilərə sərfəli və yüksək xidmət göstərməklə fəaliyyətimizi davam etdirəcəyik".