Müsavat Partiyası qiymət artımı ilə bağlı dinc etiraz mitinqi keçirtmək niyyətindədir

İsa Qəmbər Tarif Şurasının yanacaqla bağlı qaldırdığı qiymətlərə münasibət bildirib

Bakı, Orxan Kərimov, İnteraz - 03 Dekabr 2013, 14:03

Müsavat Partiyası qiymət artımı ilə bağlı dinc etiraz mitinqi keçirtmək niyyətindədir.

 

İnterAz-ın məlumatına görə, İ.Qəmbər öz facebook səhifəsində qeyd edib ki, 2007-ci ilin yanvarında qiymətlərin kəskin artmasına qarşı Müsavat partiyası olaraq etiraz mitinqlərinə başladı. "Bir neçə mitinq keçirdik, amma böyük bir kütləvilik olmadı. Bu gün Milli Şuranın sessiyasında müzakirə edək, məncə dinc etiraz mitinqlərinə başlamaq lazımdır. İstənilən halda, son söz xalqındır!"