"Son bahalaşma cümə günü minbərlərin mövzusu olmalıdır" - Hacı İlqar İbrahimoğlu

"Ruhanilər həmişə xalqın yanında olmalıdır. Xalqın dərdini deməlidir"

Bakı, Orxan Kərimov, İnteraz - 03 Dekabr 2013, 14:47

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu Azərbaycanda benzin və dizel yanacağının qiyməti bahalaşmasına münasibət bildirib.

 

İnterAz-ın məlumatına görə, Hacı İlqar İbrahimoğlu öz facebook səhifəsində maraqlı status paylaşıb.

 

DEVAMM sədri qeyd edib : "Son bahalaşma cümə günü minbərlərin mövzusu olmalıdırmı?! Təbii ki, bəli. Ruhanilər həmişə xalqın yanında olmalıdır. Xalqın dərdini deməlidir".