Azərbaycanda sürücülər üçün yeni cəza tətbiq olunacaq

İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edilib

Bakı, Tural Səftərov, İnteraz - 03 Dekabr 2013, 14:58

Azərbaycanda sürücülər üçün yeni cəza tətbiq olunacaq. İnterAz-ın məlumatına görə, bununla bağlı Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 155-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) maddəsinə əlavələr edilib.

 

Dəyişiklik barəsində məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni əlavələrə əsasən, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlğın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 500 manat miqdarında cərimə ediləcək.

 

Həmin xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə tətbiq olunacaq.