Jurnalist Nicat Əliyev və dindarlara hökm oxundu

“Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib

Bakı, Orxan Kərimov, İnteraz - 09 Dekabr 2013, 14:08

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayev dindarlara ağır cəzalarla hökm oxuyub.

 

İnterAz-ın islam-azeri.az saytına istinadən verdiyi məlumata görə, saat 10:00-a elan olunmuş məhkəmə iclası saat 12:30-da başlayıb. 

 

Məhkəmənin hökmünə əsasən, “Azadxeber.net” saytının baş redaktoru Nicat Əliyev 10 il, Nəsirov Elvin və Ceyhun Səfərli 9 il, Valeh Abbasov 8 il, Camalov Qorxmaz və Hüseynov Elimxan 7 il, Hüseynov Samir 6 il, Əliyev Əli 4 il, Tofiqli Emin və Məmmədov Səfər isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.