Qubada kimsəsiz uşaqlar yad edildi

Tədbir zamanı uşaqlar üçün bayram süfrəsi açılıb

Quba, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 24 Dekabr 2013, 16:49

Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibəti ilə “Qafqaz media” İctimai Birliyinin təşkilatçılığı ilə Qubanın Zərdabi qəsəbəsində yerləşən internat məktəbində xeyriyyə tədbiri keçirilib. Tədbir zamanı uşaqlar üçün bayram süfrəsi açılıb. Xeyriyyə tədbirlərinin keçirilməsində məqsəd kimsəsiz, qayğıya ehtiyacı olan uşaqlara bayram abu-havasını hiss etdirmək, onlarla birlikdə xoş vaxt keçirməklə xüsusi qayğıya ehtiyacı olan uşaqları hər zaman diqqət mərkəzində saxlamaqdır.

Tədbir respublikanın incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.