Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 24 Dekabr 2013, 16:54

Hadisə Şirvan şəhəri H. Əliyev prospektində qeydə alınıb.Şirvan sakini 1987-ci il  il təvəllüdlü Əliyev Ramal Fürsənd oğlu idarə etdiyi "Volkswagen Passat" 90–CR-659 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə edərkən yolu keçmək istəyən piyada Şirvan şəhər sakini 1967-ci il təvəllüdlü İbrahimova Taliyə Arif qızını vurub. Sürücü yaralını xəstəxanaya aparsa da, piydanın xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı Şirvan şəhər polis şöbəsində araşdırma aparılır.