Jurnalistlərə mənzillərinin açarları təqdim olundu

Jurnalistlər üçün tikilmiş binada mənzil almış qələm sahiblərinə müvafiq sənədlər və açarlar paylanıb

Bakı, Tural Səftərov, İnteraz - 24 Dekabr 2013, 17:14

Bu gün “Xəmsə” restoranında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDDF) təşkil etdiyi mərasim keçirilib. İnterAz xəbər verir ki, mərasimdə jurnalistlər üçün tikilmiş binada mənzil almış qələm sahiblərinə müvafiq sənədlər və açarlar paylanıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2010-cu iyulun 22-də imzaladığı sərəncamla mətbuat işçilərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Ehtiyat Fondundan vəsait ayrılıb. Həmin vəsaitlə evsiz jurnalistlər üçün Bibiheybət qəsəbəsində “Yeni yaşayış massivi” deyilən ünvanda, 0,7 hektar torpaq sahəsində bina tikilib. 2 girişli, 17 mərtəbəli binada 156 jurnalist mənzil alıb.