Tərtərdə ağacəkmə aksiyası keçirilib

Şəhərin müxtəlif ərazilərində iki minə yaxın müxtəlif növ ağac kolları əkilib

Tərtər, Şamxal Cəliloğlu, Vüsal Nəbiyev, İnteraz - 24 Dekabr 2013, 17:42

Tərtərlilər prezdentin ad gününü ağacəkmə ilə qeyd ediblər. İlham Əliyevin 52 yaşının tamam olması münasibətilə ağacəkmə aksiyasına start verilib.

Rayon İcra Hakimiyyətinin təşkilatcılığı ilə rayonun müxtəlif ərazilərində xüsusi ilə yol kənarlarında kütləvi şəkildə ağac əkilib. Ağacəkmə aksiyasına xeyli sayda rayon sakinləri, idarə, müəssələr qoşulub. Gün ərzində rayonda 2 minə yaxın ağac əkilib.

Ağac əkilən ərazilər aqrotexniki qaydada tam hazırlanıb. Ağaclar əkildikdən sonra suvarılmasında həyata keçirilir.