“İRƏLİ” Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib - Foto

“İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 5 ili tamam olur

Bakı, Tural Səftərov, İnteraz - 24 Dekabr 2013, 17:53

“İRƏLİ” İctimai Birliyinin üzvləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

 

İctimai Birliyinin sədri Rauf Mərdiyev, birliyin İdarə Heyəti üzvləri, mərkəz, klub rəhbərləri və fəallar Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla  yad edilib, məzarı önünə əklil qoyulub.

 

“İRƏLİ” nümayəndələri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər qoyub.

 

Qeyd edək ki, bu gün “İRƏLİ” İctimai Birliyinin təsis olunmasının 5 ili tamam olur.