Növbəti 6 ildə müxtəlif sahələr üzrə 2000-ə yaxın beynəlxalq standart tətbiq ediləcək

Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə "İnteqrasiya olunmuş idarəetmə sistemləri" mövzusunda seminar keçirilib

Bakı, Vüsal Nəbiyev, İnteraz - 24 Dekabr 2013, 18:16

Bakı şəhəri yaxınlığında yeni Neft-qaz və Neft-kimya Kompleksinin inşası layihəçi çərçivəsində bu müəssisənin gələcək fəaliyyətinin təmin edilməsi üzrə standartların hazırlanmasına başlanılıb. Bu işlər Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış müqavilə əsasında həyata keçirilir. Bunu jurnalistlərə açıqlamasında Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev bildirib. Onun sözlərinə görə, bu razılaşma əsasən həmin kompleksin gələcəkdə istismarı zamanı istifadə olunacaq beynəlxalq standartların Azərbaycanda tətbiq edilməsi və milli standart kimi istifadəsini nəzərdə tutur.

Əldə olunan razılaşmanın əsas məqsədi kompleksin layihələndirilməsi, tikintisi və gələcəkdə istismarı zamanı istifadə olunacaq beynəlxalq standartların Azərbaycanda tətbiq edilməsi və milli standart kimi qəbul edilməsindən ibarətdir.

Bakıda Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə "İnteqrasiya olunmuş idarəetmə sistemləri" mövzusunda seminar keçirilir. İki gün davam edəcək seminarın məqsədi inteqrasiya olunmuş idarəetmə sistemlərinin tərkib hissəsi olan müxtəlif sahələr üzrə fəaliyyətlərin üstünlüklərini cəmləşdirmək, bu haqda məlumatları təbliğ etməkdir.

Britaniya Standartlar İnstitutunun MDB üzrə direktoru Dmitri Yartsev isə Azərbaycanda standartlaşdırma, texniki tənzimlənmə sahəsində əldə olunan nailiyyətlərdən məmnun olduğunu qeyd edib.