Horadiz şəhərində "Qan yaddaşımız" adı altında kitab sərgisi keçirilib

Füzuli rayonun da 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbilər keçirilir

Füzuli, Şamxal Cəliloğlu, Vüsal Nəbiyev, İnteraz - 18 Yanvar 2014, 16:22

Füzulinin Horadiz şəhərində yerləşən Füzuli Dövlət Dram Teatrının qarşısında "Qan yaddaşımız" devizi altında kitab sərgisi keçirilib. Sərgidə 20 Yanvar şəhidləri və resbublikamızın ərazi bötövlüyümüz uğrunda canlarından keçən igidlərin xatirəsinə həsr olunan kitab və jurnallarla yanaşı Ermənistanın Azərbayacan qarşı terrorçuluq və təcavüzkarklıq siyasətinin ifşa edən əsərlərdə nümayiş etdirilib. Günün sonunadək davam edən sərgini rayon ictimaiyyətin üzvləri və şəhərin qonaqları izləyiblər.

Həmçinin Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşlarının hazırladığı "20 Yanvar-faciə və qəhrəmanlıq dastanı" adlı ədəbi-bədii kompozisiyaya baxış da keçirilib. Komposiziyanın ana xəttini 24 il əvvəl baş verənlərin hüznlə yanaşı, qəhrəmanlıq, qürur və iftixar günü olması təşkil edib. Burada 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Sovet imperiyasının hərb maşınının həyat keçirdiyi amansız qırğın öz bədii əksini tapıb. Vətəni uğrunda canından keçən İlham və sevgisi uğrunda ölümdən çəkinməyən Fərizənin obrazları tamaşaçılar tətəfindən xüsusi maraqla izlənib.