Aran rayonlarına dolu yağıb

31 Mart 2014, 12:06

Dolu ilə müşayət olunan anomal hava Aran bölgəsində mart ayında müşahidə olunan nadir hadisədir.

31 Mart Soyqırımı ilə bağlı hərbi hissədə tədbir keçirilib - Fotolent

31 Mart 2014, 11:35

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı 31 mart soyqırımı ilə bərabər, 20-ci əsrin sonunda Ermənistanın xalqımıza qarşı törətdiyi Xocalı Soyqırımının, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır.

Rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsində iştirak edən namizədlərin nəzərinə!

31 Mart 2014, 10:49

TQDK tərəfindən 2014-cü il martın 30-da keçirilən 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apelyasiya komissiyası yaradılıb.

Goranboy rayonunda əlil və şəhid ailələrinə yeni evlər təqdim olunacaq

31 Mart 2014, 10:15

Hazırda nazirliyin sifarişi ilə əlil və şəhid ailələri üçün Tərtər, Beyləqan və İmişli rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı, Bərdə və Ağdam rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış binalarının inşası davam etdirilir.

AMEA-nın bir qrup üzvü Quba Soyqırımı məzarlığını ziyarət edib

31 Mart 2014, 09:35

Quba hadisələri zamanı 17 minədək insanın qətlə yetirildiyi, 22 kəndin tamamən yandırıldığı diqqətə çatdırılıb.

31 - Mart Soyqırım Qurbanları xatirəsi Lənkəranda anılıb

31 Mart 2014, 09:15

1918-ci ilin martında ermənilər Lənkəranda şəhərin mərkəzi də daxil olmaqla Girdəni, Vilvan, Gərmətük, Kərgəlan, Sütəmirdov, Osakucə və sair kəndlərdə minlərlə dinc sakin qanına qəltan ediblər.

Qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır

31 Mart 2014, 08:48

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər 2014-cü il aprelin 1-dən 30 dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi” ni doldurmalıdırlar.

BDU-da 31 Mart Soyqırımı qurbanlarının anım günü keçiriləcək

31 Mart 2014, 08:22

"Bu gün saat 12:00-da Bakı Dövlət Universitetində 31 Mart Soyqırımı qurbanlarının anım günü keçiriləcək."

DYP Salyan rayonunda həftə sonu reydlər keçirib

31 Mart 2014, 08:06

Keçirilən reydlər zamanı ümumilikdə 38 müxtəlif qanun pozuntusu qeydə alnıb.

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

31 Mart 2014, 07:39

Azərbaycan-Almaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən aprelin 1-dən 3-dək Bakı şəhərində Qüvvə planlaşdırması üzrə ekspert görüşü keçiriləcək.

Erməni silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir

31 Mart 2014, 07:32

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Bakıda güclü qar yağır - Fotolent

30 Mart 2014, 14:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublika ərazisində martın 30-da hava şəraitinin kəskin dəyişiləcəyi, yağıntılı olacağı ilə bağlı proqnozları özünü doğrultmaqdadır.

Bakıda güclü küləyin binanın dam örtüyünü qoparması sakinləri təhlükə ilə üz-üzə qoyub

30 Mart 2014, 12:51

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaranmış təhlükəni aradan qaldırıblar. Əməliyyat saat 11:21-də başa çatıb.

Lent

Ən çox oxunan