Şəhid leytenant Bəhruz Zeynalovun xatirəsinə həsr olunmuş yeni klip

08 Aprel 2014, 14:15

Tanınmış Əhli-beyt məddahı Elşən Xəzər şəhid leytenant Bəhruz Zeynalovun xatirəsinə həsr olunmuş mahnı ifa edib.

Təmas xəttində baş vermiş faciəli mina partlayışı ilə bağlı cinayət işi açılıb

08 Aprel 2014, 11:37

Hadisə aprelin 7-də gecə saat 22:30 radələrində cəbhənin Füzuli istiqamətində mina partlaması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu həlak olub, 6 hərbi qulluqçu isə yaralanıb.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlərin nəzərinə!

08 Aprel 2014, 10:58

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (2.2.1-ci bənddə göstərilən kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər.

Sınaq imtahanının nəticələrinin açıqlanacağı tarix bəlli oldu

08 Aprel 2014, 10:40

Nəticələr elan olunduqdan sonra siz imtahan nəticələrinizi öyrənmək üçün iş nömrəsini 7727 nömrəsinə göndərə və ya nəticələrinizlə internet saytımıza daxil olaraq tanış ola bilərsiniz.

Millət vəkili AŞPA-nı mülkü vətəndaşları hədəfə alan Ermənistana sərt təzyiqlərə çağırıb

08 Aprel 2014, 10:35

”Təəssüfedicidir ki, Ermənistan Suriyadan qaçqın düşmüş ermənilərdən də öz təcavüzkar xarici siyasətinin aləti kimi istifadə edib, onları Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirir".

Təmas xəttində baş verən mina partlayışı nəticəsində zabit və əsgərlərimiz həlak olub

08 Aprel 2014, 09:33

Səngərbərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri - əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər.

DYP-nin sürücünü dərhal təqib etməsi və məcburi dayandırması qaydaları dəyişdirilir

07 Aprel 2014, 18:35

Azərbaycanda yol polisinin qanunu pozan nəqliyyat vasitəsini təqib etməsi və məcburi dayandırması ilə bağlı qaydalarında ciddi dəyişiklik edilir, polisin səlahiyyətləri genişləndirilir.

Prezident İlham Əliyev Naxçıvanda avtomobil yolu və bir sıra sosial obyektlərin açılışında iştirak edib

07 Aprel 2014, 18:11

Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilib.

Ağdamda tibbi şura yığıncağı keçirilib

07 Aprel 2014, 17:37

Yığıncaqda bildirilib ki, fevralın 17-dən indiyədək rayonda 30-dan artıq idarə, müəssisəvə təşkilatların kollektivləri, 38 yaşayış məntəqəsinin sakinləri də olmaqla 32 min nəfərdən çox vətəndaş tibbi müayinədən keçirilib

İmişlidə baş verən güclü külək fəsadsız ötüşməyib

07 Aprel 2014, 17:05

Hazırda kənddə təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində rayon Fövqəladə Hallar Komissiyası tərəfindən tədbirlər həyata keçirilir.

Kəlbəcər rayon Təhsil şöbəsinin müdiri həbs olunub

07 Aprel 2014, 15:44

Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının və Kəlbəcər rayon Təhsil şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Təhsil Nazirliyindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Hacı Şahin Həsənliyə sualın var ?

07 Aprel 2014, 14:23

Azərbaycanın tanınmış ilahiyyatçı alimi "Mənəvi Dünya" İctimai Birliyinin sədri, Məşhədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli ona verilən sualları öz facebbok səhifəsində cavablandıracaq.

Ümumdünya Sağlamlıq günündə "ASAN xidmət"dən hədiyyə

07 Aprel 2014, 12:40

Şəxsiyyət vəsiqəsi almaq üçün 1,2,3 saylı və Sumqayıt "ASAN ximdət" mərkəzlərinə müraciət edən gənclərə "Sağlam Ailə" dən pulsuz müayinə kuponu təqdim olunacaq.

Lent

Ən çox oxunan