Sərnişin avtobuslarında silsilə oğurluq edən şəxslər tutulub

21 Aprel 2014, 12:18

Xətai Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinərək yaxalanılan Bakı şəhər sakinləri Ramiz Əliyevdən 0,203, Sani Samyılovdan isə 0,225 qram heroin aşkar olunaraq götürülüb.

Azərbaycanda rüşvətə görə polkovnik və mayor həbs olundu

21 Aprel 2014, 11:55

HDQ-in Hidroqrafiya bölməsinin rəisi 1-ci dərəcəli kapitan (polkovnik) Qasım Quliyev və Köməkçi gəmilər divizyonunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) Xamraz Qurbanov ağır cinayətdə ittiham olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib.

Nobel prospektində yol çöküb

21 Aprel 2014, 11:34

Yolun alt hissəsində, təxminən 20 metr dərinlikdə, eni 1860 millimetr olan kanalizasiya kollektorunda baş verən sızma nəticəsində yolun torpaq yatağı və əsası yuyulub, bununla da asfalt-beton örtüyü çöküb.

Nazirlik tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sistemini qurub

21 Aprel 2014, 11:25

Əlilliyin müəyyən olunması sisteminin və əlillik təyinatları ilə bağlı aidiyyəti təşkilatlar arasında məlumat mübadiləsinin tam avtomatlaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası informasiya sisteminin qurulması üzrə işlər artıq başa çatdırılıb.

Azərbaycan-Çexiya biznes forumu keçiriləcək

21 Aprel 2014, 10:33

Forum Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prosp., 32) keçiriləcək. İştirakçıların qeydiyyatı 11:30-da başlayacaq.

DSX-nin Akademiyasında sərhədçilərimiz həmkarlarına kurs keçiblər - Foto

21 Aprel 2014, 10:21

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Səudiyyə Ərəbistanı Krallığının Sərhəd Xidmətinin rəhbər nümayəndələri üçün “Sərhəd Nəzarəti”nə dair təlim proqramı tədris olunub.

Sabah Bakıda növbəti biznes forum keçiriləcək

21 Aprel 2014, 09:55

22 aprel tarixində Kamboca Krallığının baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Kombaca biznes forumu keçiriləcək.

Quba Tarix-Diyarşünasıq muzeyi yaxın vaxtlarda yeni binaya köçəcək

21 Aprel 2014, 09:34

Müasir standartlara uyğun şəkildə inşa olunan yeni binanın 2 mərtəbəsində ekspozisiyalar sərgilənəcək. Digər mərtəbəsində isə inzibati otaqların yerləşdirililməsi planlaşdırılıb.

Moskvada Xanım Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr olunmuş böyük bayram tədbiri keçirilib

21 Aprel 2014, 02:54

İnterAz-ın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya paytaxtında Xanım Fatimeyi-Zəhranın (s.ə) mövluduna həsr olunmuş böyük bayram tədbiri keçirilib. Möhtəşəm bayram məclisinə yüzlərlə mömin soydaşımız ailələri ilə birgə təşrif buyurdular.

Pakistanda Usamə bin Ladenin adına məktəb kitabxanası açılıb

19 Aprel 2014, 23:47

İnterAz-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Pakistanın paytaxtı İslamabad şəhərində fəaliyyət göstərən məktəblərinin birinin müəllimi 2011-ci ildə ABŞ hərbi-dəniz qüvvələrinin səyləri nəticəsində məhv edilən “Əl-Qaidə” beynəlxalq terror təşkilatının yaradıcısı Usamə bin Ladenin adını əbədiləşdirib.

“7–ci Gün” Analitik İnformasiya proqramının qonağı millət vəkili Fərəc Quliyev olacaq - Foto

19 Aprel 2014, 15:37

Buraxılışda Azərbaycanın Rusiyadan son 1 il ərzində aldığı silahlar, Azərbaycan ordusunun Naxçıvan təliminin ən vacib məqamları haqda süjetlər təqdim olunacaq.

İqtisadiyyat və Sənaye Naziri Fransa şirkətinin vitse-prezidenti ilə görüşüb

19 Aprel 2014, 15:09

Dünyanın 80 ölkəsində fəaliyyət göstərən şirkət Azərbaycanla əməkdaşlığa, eləcə də ölkəmizdə yaradılan sənaye parklarına maraq göstərir.

İran vətəndaşı narkotik maddə satarkən yaxalanıb

19 Aprel 2014, 15:03

Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.

Lent

Ən çox oxunan