Müdafiə Nazirliyi: "Heç bir təhrifə yol verilməyib"

15 Oktyabr 2013, 14:48

Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşüb.

Sabah Bakıda külək əsəcək, arabir güclənəcək

15 Oktyabr 2013, 14:29

Oktyabrın 16-da Bakıda və Abseron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi gözlənilir.

Bakı şəhər sakini qumbara satarkən tutulub

15 Oktyabr 2013, 14:12

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tutulub.

Gülər Əhmədova müalicə müəssisəsinə köçürülməyib

15 Oktyabr 2013, 12:40

Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, iki ay öncə, Bakı İstintaq Təcridxanasında təqsirləndirilən şəxslərin qəbulunu keçirib.

Dövlət hesabına xaricdə təhsilə göndərilən gənclərin sayı açıqlanıb

15 Oktyabr 2013, 12:18

Azərbaycanın 2007-2013-cü illərdə xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 1 825 nəfər azərbaycanlı gənc nüfuzlu xarici universitetlərdə təhsil almaq üçün göndərilib.

Fərhad Əliyev: "Səkkiz il əvvəl baş vermiş məsələlərə qayıtmaq istəmirəm”

15 Oktyabr 2013, 11:31

Azərbaycan prezidentinin ötən gün imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev bildirib ki, əqidəsinə sadiq qalaraq, bundan sonrakı fəaliyyətində də Azərbaycanın inkişafına xidmət edəcək.

Ötən gün Bakıda bir neçə yanğın hadısəsi baş verib

15 Oktyabr 2013, 10:55

Binəqədi rayonunda ümumi sahəsi 64 kv.m olan ikiotaqlı mənzilin 1 otağında yanğın hadisəsi olub.

Azərbaycanda əfv sərəncamı icra edilir

15 Oktyabr 2013, 10:03

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamın icrasına başlayıb.

Dünya müsəlmanları Qurban bayramını qeyd edir

15 Oktyabr 2013, 09:55

Qurani-Kərimə görə, oğlu İsmayılı Allah yolunda qurban kəsməyə hazır olan İbrahim peyğəmbərin bu əməli əsl möminlik kimi qiymətləndirilir və Allah-təala İbrahim peyğəmbərə oğlu İsmayılın əvəzində qurban kəsmək üçün bir cüt qoç göndərir.

Qurbanlıqda hansı qaydalara riayət olunmalıdır?

14 Oktyabr 2013, 17:55

Hacı Surxay: "Maddi cəhətdən durumu çətin olan insanların qurban kəsmələri vacib buyurulmur".

Cəbhə bölgəsində yeni tibb məntəqəsi istifadəyə verilib

14 Oktyabr 2013, 17:44

Tibb məntəqəsinin yeni binası Üçoğlan kənd bələdiyyəsinin daxili imkanları hesabına inşa edilib.

Təhsil naziri Lənkəranda görüş keçirəcək

14 Oktyabr 2013, 17:16

Təhsil naziri Mikayıl Cabbarov oktyabrın 19-da saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi

14 Oktyabr 2013, 16:47

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını diləyirəm.

Lent

Ən çox oxunan