Futbol meydançalarında bu cür penaltı görülməyib

Bu qurtarışlarla qapıçının videosu çox izlənilən görüntülərdən biri olub

Bakı, Nazilə Xaqani, İnteraz - 04 Oktyabr 2016, 14:10

Fransa dördüncü Liqasında “Vannes Oc – Ta Rennes” oyununda maraqlı anlar yaşanıb.

İnterAz xəbər verir ki, “Vannes”in qapıçısı François Bedenik penaltı atışından şansı sayəsində xilas olub. Rəqib oyunçunun atdığı penaltıda top qapı dirəyinə dəydikdən sonra qapıçının başına dəyir Daha sonra Bedenik iki dəfə topun qapıdan keçməsinin qarşısını alır.

Bu qurtarışlarla qapıçının videosu çox izlənilən görüntülərdən biri olub.