Hollivud ulduzu millimizin məşqini izləyib

Bakıda səfərdə olan hollivud ulduzu AFFA rəhbərliyi ilə fikir mübadiləsi aparıb

Bakı, Nazilə Xaqani, İnteraz - 08 Oktyabr 2016, 16:00

Futbol üzrə Azərbaycan milli komandasının Bakı Olimpiya Stadionunda mətbuat və azarkeşlər üçün açıq məşqi keçirilib.

İnterAz xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev başda olmaqla assosiasiya rəsmiləri ilə yanaşı, dünya şöhrətli kinoaktyor Stiven Siqal da məşqi izləyənlər arasında olub.

Bakıda səfərdə olan hollivud ulduzu AFFA rəhbərliyi ilə fikir mübadiləsi aparıb və millimizin üzvləri ilə xatirə şəkli çəkdirib.